Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Kiprə məğlub olub.
“İki sahil” xəbər verir ki, yığma B Liqasının V qrupunun son matçında 0:3 hesabı ilə uduzub.
Qarşılaşma Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçirilib.
Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov