"Mançester Siti" uğursuz çıxışı davam edir.
“İki sahil” xəbər verir ki, Xosep Qvardiolanın komandası dünən İngiltərə Premyer Liqasının 13-cü turunda səfərdə "Liverpul"a uduzub (0:2). Bu, onların Premyer Liqada ardıcıl 4-cü, son yeddi oyunda isə bütün turnirlərdə 7 matçda 6-cı məğlubiyyəti olub.
Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" matçının gedişatı zamanı meydan sahibi komandanın azarkeşləri Qvardiolaya xitabən "Sabah səni qovacaqlar" deyə şüar səsləndiriblər.
Matçdan sonra keçirilən mətbuat konfransında 53 yaşlı mütəxsəssis bununla bağlı da danışıb. O deyib: "Bütün stadionlarda mənim qovulmağımı istəyirlər. "Bu, hələ "Brayton"la matçdan başlayıb. Mən bunu "Enfild"də, Liverpul sakinlərdindən gözləmirdim. Amma bu, normaldır. Bu, oyunun bir parçasıdır, başa düşürəm".
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov