Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda növbəti oyununu keçirib.
“İki sahil” xəbər verir ki, Mingəçevir təmsilçisi 1/16 final mərhələsinin cavab matçında İslandiyanın “Haukar” komandası ilə qarşılaşıb.
Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində oynanılan qarşılaşmanı Moldovadan olan referilər – Kristina Sirbu və Viktor Serdiuç idarə ediblər. Görüşün EHF (Avropa Həndbol Federasiyası) nümayəndəsi isə türkiyəli Kənan Gökmən olub.
İlk matçda rəqibinə 25:30 hesabı ilə uduzan Azərbaycan çempionu cavab görüşündən də məğlub ayrılıb. Meydandan 38:27 hesabı ilə qalib ayrılan qonaqlar növbəti mərhələyə adlayıblar. "Kür" isə mübarizəni dayandırıb.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov