İtaliyanın "Yuventus" klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
“İki sahil” "Mirror"a istinadla xəbər verir ki, Turin təmsilçisi İngiltərənin "İpsviç" komandasında çıxış edən Liam Delapla maraqlanır.
İyirmi bir yaşlı forvard "Çelsi" və "Mançester Yunayted"in də diqqət mərkəzindədir.
Qeyd edək ki, ingiltərəli oyunçu cari mövsüm bütün turnirlərdə 14 matçda meydana çıxıb, altı qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov