Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun Şahmat Federasiyasının (FIDE) 2024-cü ilin son reytinqindəki mövqeləri bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytında bildirilib.
Şəhriyar Məmmədyarov (2738 xal) 16-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698 xal) 33-cü, Rauf Məmmədov (2656 xal) 69-cı sıradadır.
Siyahıya norveçli Maqnus Karlsen (2831 xal) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2805 xal) ikinci, bu ölkənin digər şahmatçısı Hikaru Nakamura (2802 xaç) üçüncüdür.
Qadınlardan Günay Məmmədzadə (2421 xal) 36-cı, Gövhər Beydullayeva (2404 xal) 43-cü, Ülviyyə Fətəliyeva (2381 xal) 67-ci, Xanım Balacayeva (2362 xal) 83-cü yerdədir.
Burada ilk üç pillədə çinli şahmatçılar - Yifan Hou (2633), Venyun Yu (2563) və Zonqyi Tan (2561) qərarlaşıblar.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov