Türkiyə Superliqasında 14-cü tur davam edir.
“İki sahil” xəbər verir ki, bu gün - 2-ci oyun günündə 4 matç keçirilib.
“Samsunspor” "Bodrumspor"u darmadağın edib. "Konyaspor" "Adana Demirspor"u üstələyib. "Trabzonspor" "Alanyaspor"a uduzub. "Başakşehir" isə "Göztepe"yə böyük hesabla qalib gəlib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 34 xalla "Qalatasaray" liderlik edir (12 oyuna). 29 xala malik "Fənərbaxça" 2-ci (12 oyuna), eyni xalı olan "Samsunspor" isə 3-cüdür (14 oyuna).
Türkiyə Superliqası, 14-cü tur
30 noyabr
"Samsunspor" – "Bodrumspor" - 4:0
Qollar: Van Droncelen, 6, Marius, 51, 55, Aydoğdu, 90+3
"Adana Demirspor" – "Konyaspor" - 0:1
Qol: Yevtoviç, 78
"Alanyaspor" – "Trabzonspor" - 2:1
Qollar: Hadercyonaj, 44-pen; Auqusto, 50 – Draqus
"Başakşehir" – "Göztepe"- 4:1
Qollar: Davidson, 8, Piatek, 10, 43, Türüç, 37 – Lima, 61-avtoqol
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov