Misli Premyer Liqasının 15-ci turu çərçivəsində "Sumqayıt" "Zirə"nin qonağı olub.
“İki sahil”in məlumatına görə, yarışın 8-ci dəqiqəsində Davit Volkov hesabı açıb. 36-cıdəqiqədə Nikola Vuynoviç “Sumqayıt”ın bərabərlik qolunu vursa da 55-ci dəqiqədə Georgi Papunaşvili yenidən bakılıları hesabda önə çıxarıb. 66-cı dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vuran Davit Volkov 75-ci dəqiqədə het-trikə imza atıb.
Misli Premyer Liqası,
15-ci tur
30 noyabr (şənbə)
17:00. “Zirə” 3–1 “Sumqayıt”
Qollar: Davit Volkov, 8 (1-0), Nikola Vuynoviç, 36 (1-1), Georgi Papunaşvili, 55 (2-1), Davit Volkov, 66 (3-1), Davit Volkov, 75 (4:1)
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Zirə İK stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov