Türkiyənin "Beşiktaş" komandası baş məşqçisi Ciovanni van Bronkhorstla yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, İstanbul nəhəngi niderlandlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. O, komandanın bugünkü məşqində iştirak etməyib.
50 yaşlı çalışdırıcı bu ilin iyun ayında “qara qartallar”ın çalışdırıcısı təyin olunmuşdu.
Qeyd edək ki, “Beşiktaş” Ciovanni van Bronkhorstun rəhbərliyi altında bu mövsüm Superliqada 21 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov