Kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, Mingəçevir təmsilçisi 1/16 final mərhələsinin ilk matçında İslandiyanın “Haukar” komandası ilə qarşılaşacaq.
Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Matçı Moldovadan olan referilər – Kristina Sirbu və Viktor Serdiuç idarə edəcəklər. Görüşün EHF (Avropa Həndbol Federasiyası) nümayəndəsi isə türkiyəli Kənan Gökmən olacaq.
Qeyd edək ki, komandalar arasında hər iki oyun Mingəçevirdə keçiriləcək. Noyabrın 30-da oynanılacaq ilk matçda “Haukar”, ertəsi gün təşkil ediləcək cavab görüşündə isə “Kür” meydan sahibi olacaq.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov