Misli Premyer Liqasında 15-ci tur davam edir.
“İki sahil” xəbər verir ki, bu gün turun daha 2 görüşü keçiriləcək.
Əvvəlcə "Şamaxı" öz meydanında "Kəpəz"i qəbul edəcək. Ayxan Abbasovun komandası son turlar zəif təsir bağışlayır. Təsadüfi deyil ki, son 5 turda 4 dəfə uduzan “Şamaxı” cəmi 1 xal qazanıb. Odur ki, meydan sahibləri bu matçda uğursuz gedişə son qoymağa çalışacaq.
“Kəpəz” də meydana qələbə üçün çıxacaq. Azər Bağırovun gəlişindən sonra xal ehtiyatını artıran Gəncə klubunu hazırda 9-cu pillədəki “Səbail”dən cəmi 1 xal geri qalır. “Kəpəz” səfərdə qələbə qazana bilsə, sonuncu yerdən qurtulacaq.
Günün son oyununda isə "Zirə" "Sumqayıt”ı qəbul edəcək.
Misli Premyer Liqası
XV tur
30 noyabr (şənbə)
14:30. “Şamaxı”– “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov
Şamaxı şəhər stadionu
17:00. “Zirə” - “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
Zirə İK stadionu
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov