Kamerun millisinin və “Bavariya”nın sabiq hücumçusu Erik Çupo-Motinq MLS-də çıxış edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
35 yaşlı hücumçu “Nyu-York Red Bulz”la anlaşıb. Futbolçu artıq tibbi müayinədən keçib. O, ABŞ klubu ilə 2 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Çupo-Motinq 2024-cü ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra azad agent statusu daşıyırdı. O, “Hamburq”, “Nürnberq”, “Maynts”, “Şalke”, “Stok Siti”, PSJ, “Bavariya klublarında oynayıb.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov