Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatının açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə ACF-nin rəsmiləri və GİN nümayəndələri iştirak edib.
Tədbirdə GİN-nin müavini Mariana Vasilyeva çıxış edərək iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, ölkə çempionatı noyabrın 29-dan dekabrın 1-nə dək Bakı İdman Sarayında keçiriləcək.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov