Həndbol üzrə kişilər arasında XXXI Azərbaycan çempionatında VI turun iki oyunu keçirilib.
Federasiyadan "İki sahil"ə verilən məlumata görə, qarşılaşmalar "AHF Arena"da baş tutub.
"Qarabağ" klubu "İdman Akademiyası"nı 32:25 hesabı ilə məğlub edib. "Bakı" isə "Azəryol"dan üstün olub - 31:29.
Xal durumu: "Bakı", "Azəryol", "Qarabağ" - 10, "Kür" - 8, "Dinamo", "Təhsil" - 6, "İdman Akademiyası" - 2, U-17, "Gənclər Birliyi" - 1.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov