"Neftçi" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, öz istəyi ilə baş məşqçi postundan istefa vermiş Anar Sarıyevin yerinə iranlı mütəxəssis Omid Movahed Nejat təyin olunub.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Omid Movahed Nejat daha əvvəl də “Neftçi”də çalışıb. O, 2022/2023 mövsümünün ikinci yarısında komandaya başçılıq edib.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov