Malavi iqlim maliyyələşməsi üzrə iddialı hədəflərin müəyyən edilməsini tələb edir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Malavinin iqlim dəyişikliyi üzrə baş danışıqçısı Evans Nceva bildirib.
"Biz sənəddə maraqlarımızın əks olunduğunu görməyənə qədər (Yeni Kollektiv Kəmiyyət Hədəfi, NCQG üzrə danışıqlarda - red.) konsensusa gələ bilməyəcəyik", - o qeyd edib.
Danışıqçı iddialı hədəfin artırılmasına çağırış edərək bildirib ki, bu, inkişaf etməkdə olan ölkələri hazırda olduqları səviyyədən qaldırmağa imkan verəcək.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur