Ölkələr iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək üçün tədbirlər görməlidirlər
“COP29-da müşahidə etdiyim odur ki, burada çoxlu insan və hər bir ölkənin danışıqlar üçün pavilyonu var. Tədbirin təşkilatçılığını yüksək qiymətləndirirəm”.
Bunu “İki sahil”ə müsahibəsində Qırmızı Xaç Cəmiyyətinin Burundidəki əyalət katibi Jan Bosko Ntihinyuzva deyib.
Onun sözlərinə görə, COP tədbirləri öhdəlikləri gücləndirməyə kömək edir. Bu tədbirlərlə inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə, xüsusilə icma səviyyəsində davamlılıq üçün kömək edə bilərlər: “Hər ölkənin öz fəlakətləri var. Ölkələr iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək üçün tədbirlər görməlidirlər”.
Yaqut Ağaşahqızı,”İki sahil”
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur