Bu, mənim iştirak etdiyim ilk COP-dur. Etiraf etməliyəm ki, COP29 mənim gözlədiyimdən də əhatəli oldu.
“İki sahil” xəbər verir ki, bunu İngiltərənin Lester Universitetinin professoru Con Seymur Heslop-Harrison jurnalistlərə müsahibəsində deyib.
Professorun sözlərinə görə, biomüxtəlifliyə malik sahələrin qorunması yolu ilə kənd təsərrüfatını daha da genişləndirmək üçün gözəl imkanlar var. COP29 kənd təsərrüfatı genetikasını, bu sahə üzrə ali təhsil verən universitetlərin rolunu, biomüxtəlifliyin qorunub saxlanılması üsullarını müzakirə etmək, gələcək nəslə iqlim dəyişikliyi və onun təsirlərini azaltmaq yollarını aşılamaq üçün real fürsət yaratdı.
Yaqut Ağaşahqızı , “İki sahil”
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur