Milli Azərbaycan Tarixi Muzeyinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində Azərbaycan mədəniyyətinə dair nümayiş etdirilən eksponatlar qonaqların marağına səbəb olub.
“İki sahil” xəbər verir ki, muzeydən bildirilib ki, təqdim olunan stenddə xalqın tarixi, ənənələri və mədəniyyətini əks etdirən nadir nümunələr yer alıb. Bu eksponatlar təkcə keçmişin izlərini deyil, həmçinin davamlılıq və mədəni irsin qorunmasının vacibliyini vurğulayan güclü mesajlarla zəngindir.
Beynəlxalq tədbirin iştirakçıları eksponatları izləyərək maraqlı təhlillər aparıblar.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur