COP29 çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Keniyanın “SMACHS” təşkilatı arasında Memorandum imzalanıb.
“İki sahil” xəbər verir ki, sənədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) imzalayıblar.
Əməkdaşlıq Memorandumu iki ölkə QHT-ləri arasında əlaqələrin gücləndirilməsi üçün imkanların yaradılması və birgə səylərin artırılmasını hədəfləyir.
Memorandum imzalandıqdan sonra “SMACHS” təşkilatının təqdimatı keçirilib, suallar cavablandırılıb.
Qeyd edək ki, “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto Keniya Prezidentinin qızıdır.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur