20 noyabr 2024 14:33
88

COP29: Türkiyənin susuzluq problemi ilə mübarizə istiqamətində gördüyü işlər açıqlanıb

COP29 çərçivəsində Türkiyənin Dövlət Su İşlərinin (DSİ) baş direktoru Mehmet Akif Balta Türkiyə pavilyonunu ziyarət edib.

“İki sahil” xəbər verir ki, DSİ-nin baş direktoru pavilyonda Türkiyənin iqlim dəyişikliyi səbəbindən yaranan susuzluq problemləri ilə mübarizə istiqamətində gördükləri işlərlə bağlı məlumat verib.

M.A.Balta qeyd edib ki, Türkiyə su ehtiyatlarının azalması ilə əlaqədar müasir suvarma qurğuları tikir: “Artıq tullantı sularının təkrar istifadəsi mühüm məsələdir. Biz bu suları kənd təsərrüfatı sahələrinə suvarma suyu kimi çatdırırıq.

Növbəti belə layihəni isə Kilis və Konyada keçirməyi planlaşdırırıq”.

DSİ-nin baş direktorunun sözlərinə görə, artıq Türkiyənin 65 əyalətində içməli su probleminin qarşısı alınıb: “Cari il isə içməli su problemi olan 13 əyalət və rayonun problemi həll ediləcək.

Əlavə edim ki, biz hidroelektrik stansiyaları vasitəsilə su elektrik enerjisi istehsal edirik. Bu günə kimi Türkiyədə 757 su elektrik stansiyası tikilib.

Hazırda isə artan quraqlığa qarşı su saxlama sistemi formalaşdırırıq”.

Daha sonra DSİ-nin baş direktoru pavilyon ilə yaxından tanış olub.