Biz qlobal şəkildə yaşayış yeri böhranı ilə üzləşirik.
“İki sahil” xəbər verir ki, bu sözləri COP29-un iştirakçısı, “UN Habitat”ın icraçı direktoru Anaklaudiya Rosbax Bakıda şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksək səviyyəli nazirlərin görüşünün yekununa həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, infrastruktur problemlərinə görə bir milyona yaxın insan qeyri-rəsmi yaşayış yerlərində yaşayır: “Hazırda dünyada insanların yarısı şəhərlərdə yaşıyır və 20 ildən sonra daha 2,4 milyard insanın şəhərlərə köçəcəyi gözlənilir. Şəhərlər buna hazır olmalıdır. Buna görə də şəhərlər ərazidən istifadəni genişləndirməyə, binaların sayını artırmağa məcburdurlar. Bu isə iqlim, ərzaq təhlükəsizliyi və ekosistem üçün təhdiddir”.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur