Bu gün Yeni Azərbaycan Partiyası (YAP) nəinki Azərbaycanın hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilmiş ümumxalq partiyasıdır. Xaos və qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını aldı, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan bir dövrdə xalqın ziyalıları Azərbaycan xalqının dahi lideri Heydər Əliyevin ətrafında birləşdilər və Onun təşəbbüsü ilə 1992-ci il noyabrın 21-də bu partiya təsis edildi. Azərbaycan xalqının ÜmummilliL Lideri Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində inkişaf edərək xalq partiyasına çevrildi. Ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı olan partiya yarandığı gündən bu günə qədər çox şərəfli və uğurlu yol keçmişdir.
Məhz xalqın Ümummilli Liderimizə olan etimadı sayəsində bu partiya qısa müddət ərzində təşkilatlanaraq bütün bölgələrimizdə yerli təşkilatlarını yaratmağa nail oldu. Partiyanın ən əsas məqamı Azərbaycan dövlətinin müstəqilliyini qorumaq , ərazi bütövlüyünü təmin etmək, əmin- amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik və güclü iqtisadiyyat yaratmaqdan ibarət olub.
Fəaliyyət göstərdiyi 32 il ərzində böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: «Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır.»
Müstəqilliyin bərpasının ilk illərində ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül demək olar ki, suverenliyimizə böyük zərbələr vurmuşdu. Ölkə siyasi və iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ümummilli Lider o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək YAP-ın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransında Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bəli, 32 il şərəfli yol keçən qələbələr partiyası olan YAP öz sıralarında dinindən və millətindən asılı olmayaraq yüz minlərlə insanı birləşdirdi. O cümlədən yaranandan yeddi ay sonra hakimiyyətə gəldi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə edirdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev YAP-ın yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə demişdir ki, bu partiya yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi: «Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi.»
Ölkəmizin sn 21 ildə qazandığı hərbi-siyasi, sosial-iqntisadi uğurları Prezidenti İlham Əliyevin verdiyi vədlərinin əməli fəaliyyəti ilə təsdiqlədiyinin bariz nümunəsidir. Onun əsas amalı ərazi bütövlüyümüzün bərpası, ərazilərimizin işğaldan azad edilməsi idi. Bu illər ərzində Azərbaycan bütün sahələrdə gücləndi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı, ordumuz Qələbəyə hazırlandı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, ərazi bütövlüyümüz bərpa edildi. Ali Baş Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı, Qələbəmizin əsas qəhrəmanı kimi yazdı. Dövlət başçımız ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtliyini Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən belə ifadə etmişdir: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
Təbii ki, bu uğurlar xalq-iqtidar birliyini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın da nüfuzunu artırdı onun, daha yeni uğurlar qazanamsına imkanlar yaratdı. Prezidenti İlham Əliyevin dediyi kimi, YAP nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri