19 noyabr 2024 12:11
155

Məktəbə getməkdə çətinlik çəkən uşaqlara ŞAD XƏBƏR

İngiltərədə məktəbə getməkdə çətinlik çəkən uşaqlara dəstək üçün robotlardan istifadə edirlər.

Masaüstü robotlardan artıq İngiltərənin Mersisayd bölgəsində pilot layihə çərçivəsində istifadə edilir. Pilot layihə kimi seçilmiş Wirral şəhərində məktəbə getməkdə çətinlik çəkənlər üçün “Twelve AV1” adlı masaüstü robotlarım köməyinə ehtiyac duyulub. Mikrofon, emoji ifadələri və işıqlardan istifadə edərək ünsiyyət quran robot şagirdlərə hisslərini bölüşməyə kömək edir. Yeddi məktəbdə istifadə edilən robotların indiyədək dərslərdə iştirak nisbətlərinin 21 faiz artmasına kömək etdiyi açıqlanıb.

Belə ki, şagirdlərin dərslərdə iştirak etdiyi saatların sayı 42 faiz artıb. Bu robotlara emosional əsaslı məktəbdən yayınma (ESBA)  problemi yaşayan şagirdlərə kömək etmək üçün sərmayə qoyulub. Məqsəd məktəbə getmək üçün əlavə dəstəyə ehtiyacı olan xüsusi uşaqlara, onların öyrənmə proseslərinə və uğurlarına dəstək olmaqdır. ESBA emosional faktorlar nəticəsində məktəbə getməkdə əhəmiyyətli çətinlik çəkən uşaqları təsvir etmək üçün istifadə edilən bir termindir. Qeyd edilən qurğular ehtiyacı olan şagirdlə birlikdə sinif otağına gətirilir.

Vüsal Cahanov, “İki sahil”