Bakıda Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayev ilə Yusuf Təkin arasında görüş olub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil Nazirliyi məlumat yayıb.
Görüş türkiyəli nazirin COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya səfəri çərçivəsində baş tutub.
“Türkiyə Azərbaycanla bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”, - Tekin görüşdən sonra “X” sosial şəbəkəsində yazıb.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur