16 noyabr 2024 12:40
137

COP29-da çox gözəl nəticələrə gələcəyimizə ümid edirəm - Qabriela Ramos

“Digər gənclərə mesaj göndərmək şansınız olsa idi, nə deyərdiniz? Onlara deyərdim ki, bizim onların iştirakına, onlarına səsinə ehtiyacımız var. Onlar insanları məsuliyyətli olmağa təşviq etməlidirlər, çünki onlar bu gün yaşadığımız dünyanı miras qoyacağımız şəxslərdirlər. Buna görə də iqlim fəaliyyəti ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün məhz gənclərlə birlikdə hərəkət etməliyik.”

Bunu COP29 çərçivəsində Yaşıl Zonada “İki sahil”ə UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos deyib.

Qabriela Ramos bildirib ki, COP29-da çox gözəl nəticələrə gələcəyimizə ümid edirəm: “Başa düşürəm ki, müzakirələr iqlimin maliyyələşdirilməsi ilə bağlıdır. Düşünürəm ki, bu çox vacib elementdir. Ötən il itirilmiş və dağıdılmış fondla bağlı razılaşmanın ardından əlbəttə ki, Azərbaycan, Bakı maliyyələşdirmə məsələsinə yenidən baxmalı oldu. Beləcə, həmin mənada yaxşı təşkil olunmuş, yaxşı razılaşdırılmış olması bu COP tədbirinin müvəffəqiyyəti üçün əsas oldu.”

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini vurğulayıb ki, həmişə olduğu kimi qərarlar qəbul ediləcək: “Ümid edirəm ki, iştirakçı ölkələr, eyni zamanda payçılar istədiyimiz məqsədə çatmaq üçün əllərindən gələni edəcəklər. Bu, maliyyə məsələlərinin həlli ilə bağlıdır. Bu, çox mühüm cəhətdir. Bundan əlavə, ötən COP itki və zərər fondu oldu. İndi tələb olunan maliyyəni toplamaq üçün bir olmalıyıq. Çünki keçid maliyyələşdirilməlidir. Bu əhəmiyyətli işə liderlikdə Azərbaycan hökumətinə uğur arzulayıram.”

Orxan Vahidoğlu, “İki sahil”