Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, hadisə rayonun Əmircan kəndi ərazisində qeydə alınıb. Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsindəki 2024-cü il təvəllüdlü körpə həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq