Göyçayda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“İki sahil” xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib. Hadisə nəticəsində avtomobil yolun kənarındakı maneəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan 2007-ci il təvəllüdlü Fikrət Məmmədov, 2004-cü il təvəllüdlü İbrahim Adgözəlov və 2004-cü il təvəllüdlü Nuran Daşdəmirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq