Sumqayıtda bir nəfəri öldürməkdə, digərini yaralamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Vüsal Mürsəl oğlu Məmmədov saxlanılıb.
Qeyd edək ki, Sumqayıtda gecə saatlarında 1997-ci il təvəllüdü Ceyhun Xəlifzadə və 1992-ci il təvvəllüdlü Zahir İsmayılov bıçaqlanıb. Zahir İsmayılovun müalicəsi davam etsə də, Ceyun Xəlifzadənin həyatını xilas etmək mümkün olmayıb.
“Report”
***
Sumqayıt şəhərində iki nəfər bıçaqlanıb.
“İki sahil” xəbər verir ki, şəhərin 76-cı məhəllə ərazisində 1997-ci il təvəllüdlü Xəlifzadə Ceyhun Əşrəf oğlu və 1992-ci il təvəllüdlü İsmayılov Zahir Novruz oğlu bıçaqlanıb.
Ceyhun Xəlifzadə xəstəxananın qarşısında keçinib, digər yaralı tibb müəssisəsinə yerləşdirilib və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində qeydə alınıb.
Bıçaq yaraları alan Ceyhun adlı şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, tibb müəsisəsinin qarşısında ölüb.
Faktla bağlı araşdırma aparılır.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq