Daxili İşlər Nazirliyi Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.
“İki sahil” xəbər verir ki, “X” sosial şəbəkəsində İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı növbəti dezinformasiya yayılıb. Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, öz növbəsində, həmin paylaşıma cavab olaraq bildirib ki, bu məlumat həqiqəti əks etdirmir. “Yolun kənarında aşkarlanan bağlama yemək çatdırılması ilə məşğul olan şirkətlərdən birinə aid olub”, - deyə DİN-dən bildirilib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq