Almaniyanın Şmalkalden Universitetinin tələbə və müəllim heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, qonaqlar üçün BANM kampusunda tur təşkil edilib. Ali Məktəbin Neft-qaz kafedrasının dosenti Qəşəm Zeynalov və Tədbirlərin və sərgilərin təşkili şöbəsinin tarixi araşdırmalar üzrə mütəxəssisi Pərvin Ahənçi tərəfindən təqdimatlar keçirilib. Təqdimatlarda Bakının neft sənayesindəki tarixi inkişafı və bu irsin bugünkü təsirləri ətraflı şəkildə izah olunub.
Qonaqlar enerji siyasəti və neft sənayesi ilə bağlı onları maraqlandıran suallar verib, mövzu ətrafında müzakirələr aparıblar.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq