Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“İki sahil” xəbər verir ki, hadisə axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Göyçayın Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq