Elm və Təhsil Nazirliyi (ETN) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki orta ixtisas təhsili müəssisələrinin siyahısında dəyişiklik edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı ETN kollegiyası qərar qəbul edib.
Qərarla Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kolleci həmin siyahıya əlavə edilib.
Digər qərarla Peşə Təhsili üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki peşə təhsili müəssisələrinin siyahısında “Peşə təhsili mərkəzləri” bölməsinə aşağıdakı məzmunda əlavə edilib:
- Ağdam Dövlət Peşə Təhsil Mərkəzi
- Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Bərdə Dövlət Peşə Təhsil Mərkəzi
- Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi
- Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi
- Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Ticarət və Xidmət Sahələri üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
- Tovuz Dövlət Peşə Təhsil Mərkəzi
Eyni zamanda Salyan Peşə Liseyinin adı dəyişdirilərək Sübhan Rahim oğlu Cəbrayılov adına Salyan Peşə Liseyi adlandırılıb. (Report)
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq