Naxçıvanda Zəfər Günü böyük coşqu ilə qeyd edilib.
“İki sahil” xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında 8 Noyabr - Zəfər Günü münasibətilə konsert proqramı və möhtəşəm atəşfəşanlıq keçirilib.
Konsert proqramında vətənpərvərlik ruhunda kompozisiyalar, rəqs qruplarının çıxışları, populyar müğənnilərin ifasında mahnılar təqdim olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, muxtar respublika sakinləri, eləcə də qədim diyarımızın qonaqları konsertə baxıblar.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq