8 Noyabr - Zəfər Günü münasibətilə Heydər Əliyev Sarayında, Zabitlər parkında, Fəvvarələr Meydanında və Koroğlu parkında Müdafiə Nazirliyinin hərbi orkestrlərin ifasında nümunəvi çıxışlar olub, eləcə də hərbi vətənpərvərlik mahnıları səsləndirilib.
“İki sahil” xəbər verir ki, hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb, vətəndaşlarımız tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, bu gün səhər 8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq