Noyabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisinin onlayn formatda iclası keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Məclis üzvləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul şəxsləri iştirak ediblər.
Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyində duran bir sıra təşkilati məsələlər ətraflı müzakirə edilib.
İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı səsvermə yolu ilə qərarlar qəbul edilib.
Keçirilmiş səsvermədə Tehranağa Abdullayev Respublika Komitəsi sədrinin birinci müavini, Turanə Kərimova sədr müavini vəzifələrinə seçiliblər.
İclasın sonunda cari işlər və gələcək fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb, məclis üzvlərinin sualları dinlənilib və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sonda Respublika Komitəsinin sədri Araz Paşayev yeni seçilən sədr müavinlərinə və Məclis üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq