8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir.
“İki sahil” xəbər verir ki, Xankəndi şəhərinin girişindən başlanan yürüş Zəfər meydanınadək davam edəcək. Orkestrin müşayiəti ilə keçirilən yürüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, ərazidəki dövlət qurumlarının rəhbərləri və əməkdaşları, Qarabağ Universitetinin müəllim və tələbələri, Xankəndi şəhərində yaşayan insanlar iştirak edirlər.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq