Gəncə şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü başlayıb.
“İki sahil” xəbər verir ki, Gəncənin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti ilə davam edib, Mirzə Abbas Abbaszadə küçəsində yekunlaşacaq.
Şəhərdə bayram ab-havası yaşanır.
Bu gün, həmçinin Gəncənin Heydər Əliyev adına meydanında "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı təşkil olunacaq. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatacaq.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq