“Doğma yurdumuza geri döndüyümüz üçün çox sevinirik. Bu sevinci bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram”.
“İki sahil” xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Nərgiz Qurbanova söyləyib.
Beş yaşında Cəbrayıldan məcburi köçkün düşdüyünü deyən N. Qurbanova 37 yaşında geri qayıtdığını vurğulayıb. O bildirib ki, köçkünlük dövründə xeyli çətinliklə üzləşib. Bunlar onun xatirələrində dərin izlər buraxıb.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq