Noyabrın 6-da 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonundakı 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında bir qrup vətədaşı qəbul edərək onların müraciət və təkliflərini dinləyib.
“İki sahil” xəbər verir ki, görüşə gələnlər müxtəlif məsələlərlə əlaqədar müraciət ediblər. Onlar Vətən küçəsində işiqlandırma sisteminin qurulmasına, Ceyhun Orucov küçəsinin asfaltlanmayan hissəsinin asfaltlanmasının başa çatdırılmasına, Dostluq küçəsindən keçən Mərkəzi su xəttinin sıradan çıxmış hissəsinin yenilənməsinə, “Azərsu“ ASC-nin Abşeron Sukanal İdarəsinin (indiki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) işçiləri tərəfindən su borularının təmiri zamanı bəzi küçələrdə (Sülh, Mərkəz, İstiqlal, Şorlar, Dostluq, Gülüstan, Rufiz Budaqov ) yararsız hala salınmış asfalt örtüyünün bərpasına, Gənclik küçəsində 2-ci dalanın asfaltlanmasına köməklik göstərilməsini və eyni zamanda onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.
Qəbulda Binəqədi rayon icra hakimiyyəti başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əsəd Məmmədov iştirak edib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq