Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilib.
“İki sahil” xəbər verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Bişkek sammitinin yekunlarına əsasən, təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
Qeyd edək ki, təşkilata üzv ölkələrin liderləri sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsini təsdiqləyiblər.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq