"Bakı Metropoliteni" QSC ilə Fövqalədə Hallar Nazirliyi qarşılıqlı fəaliyyət və Tədbirlər Planları tərtib olunub.
“İki sahil” xəbər verir ki, bunu FHN-nin COP29 Əməliyyat Qərargahının rəhbəri, polkovnik Ağəli Hüseynov bayram və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib.
O bildirib ki, metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib: "Metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib. Cari il ərzində 900 nəfər metropoliten əməkdaşları yanğın təhlükəsizliyi qaydaları barədə təlimatlandırılıb. Bu ilin 10 ayı ərzində 9 metrostansiyada birgə taktiki-xüsusi təlimlər keçirilib. Əlavə olaraq, COP29 tədbiri ilə əlaqədar olaraq Bakı Metropoliteninin "Koroğlu", "Ulduz" və "Xətai" metrostansiyalarında qərargahlar yaradılıb və nazirliyin əməkdaşları xidmət aparır",- deyə o qeyd edib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq