TDT din və ekologiya arasında qarşılıqlı fəaliyyəti təmin edəcək yeni platformanın yaradılması üzərində işləməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (OTT) layihə direktoru Ersin Aydoğan Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
O vurğulayıb ki, TDT-nin iştirakçı ölkələri 35 müxtəlif istiqamət üzrə güclü əməkdaşlıq qurub: “Üç il əvvəl Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə biz dini sahədə birgə iş aparmağa başladıq. TDT-nin Müsəlman Dini Əməkdaşlıq Şurası yaradılandan bəri biz dini qurumların rəhbərləri ilə beş müxtəlif görüş təşkil etmişik”.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq