Qırğızıstan Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitinin 2025-ci ildə Budapeştdə keçirilməsini dəstəkləyir.
“İki sahil” Qırğızıstan KİV-inə istinadla xəbər verir ki, bunu Prezident Sadır Japarov Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı bildirib.
"Biz artıq sizin təşəbbüsünüzü dəstəkləmişik və çox şadıq ki, qeyri-rəsmi Budapeşt sammiti TDT-yə sədrliymiz çərçivəsində keçiriləcək. Öz növbəmizdə, sədrlik edən tərəf kimi bu sammitin uğurla keçirilməsi üçün əlimizdən gələni etməyə hazırıq", - S.Japarov qeyd edib.
V.Orban noyabrın 5-6-da Qırğızıstanda rəsmi səfərdədir. O, həmçinin Bişkekdə TDT-nin sammitində iştirak edəcək.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq