Azərbaycan tolerantlığın məkanıdır.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış Nazirliyində baş direktor Afra Mohamed Hasan Eissa Al Saabri deyib.
O bildirib ki, ümumi məqsədlər üçün bir araya gələndə planetimizi bərpa etməyə ümid yaranır.
“Bizim planetimizi qorumaq üçün ümidimiz kəsilməyib. Bizim Bakıda toplaşmağımız onu göstərir ki, dinlərarası dialoq problemlərin həllinə kömək edə bilər.
Biz planetimizin resurslarını qorumaq haqqında fikirləşməliyik. Təbiəti qorumaq üçün biz birlikdə fərq yarada bilərik. Ümid edirəm, gələcək nəsillər üçün ümidlər yarada bilərik”, - deyə o qeyd edib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq