05 noyabr 2024 11:31
67

Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir - Migel Anxel Moratinos

Əfsuslar olsun ki, təbiətlə bəşəriyyət sanki müharibədədir. Hamımız təbiətlə sülh içərisində olmalıyıq. Bəşəriyyət sülhü artıq bərqərar etməlidir, planetimizi qorumalıyıq.

“İki sahil” xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib.

İqlim dəyişikliklərinin həllinin qlobal çətinliklər arasında ən vacib fenomenlərdən biri olduğunu söyləyən Migel Anxel Moratinos bununla mübarizə istiqamətində COP29 konfransının əhəmiyyətini qeyd edib.

“Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir. Bunun bizim həyatımıza təsiri danılmazdır. Ədalətsizliklərə qarşı ciddi tədbirlər görülməlidir. Təbiətlə sülhün təmin olunmasında dini amil çox önəmlidir. İqlim dəyişikliyinə həssas insanlara qarşı biz də həssas olmalıyıq”, - deyə o əlavə edib.