Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan MR, Ağcabədi, Astara, Ağsu, Beyləqan, Biləsuvar, Qəbələ, Cəlilabad, Cəbrayıl, İmişli, İsmayıllı, Qazax, Göygöl, Ağdərə, Xankəndi, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Lerik, Şirvan, Sabirabad, Saatlı, Salyan, Siyəzən, Füzuli, Xocavənd, Xızı, Quba, Qusar, Şabran, Şamaxı, Masallı, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Ağdam, Ağdaş, Zaqatala, Qax, Oğuz, Balakən, Şəki, Göyçay, Goranboy, Qobustan, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, Naftalan, Ucar, Zərdab, Xaçmaz, Şəmkir, Samux, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Neftçala, Hacıqabulda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Özbəkistan müftisi dini təhsil müəssisələrinin elmi heyətlərinin yaradılmasını təklif edib
İranın Baş prokuroru humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
Milli Məclisdə əhalinin məşğulluğunun artırılmasına həsr edilən ictimai dinləmə keçiriləcək
Azərbaycan və Çin dövlət təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi imzalayıb - FOTO