04 noyabr 2024 23:43
102

COP29 yaxınlaşdıqca...

Dağıdıcı, müxalifətin nə qədər miskin olduğu bir daha ortaya çıxır

Vay odur ki, sosial şəbəkələrə daxil olasan. Vay-vay-vay.. “YouTube”, “Facefook”, nə bilim daha nələr, nələr. Hansı tərəfə dönürsən, hər  küncə-bucağa göz gəzdirirsən ölkəmizdəki radikal müxalifət nümayəndələrini-AXCP sədi Əli Kərimlini, müavinləri Seymur Həzini, Fuad Qəhrəmanlını, Səadət Cahangiri, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlini və digərlərini görürsən.

Sual oluna bilər ki, burada qeyri-adi nə var? Hər kəs  öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Allah çox şükür ki, bu sarıdan ölkəmizdə  heç bir problem yoxdur. Respublikamızda əhalinin 85 faizdən çoxu internet istifadəçisidir. Həm paytaxt Bakıda, həm də bölgələrimizdə əhalinin internetə əlçatımlığna təmin edilib. Hər kəs, o cümlədən Ə.Kərimli və “əqidədaşları” istənilən məkanda sərbəst surətdə öz fikirlərini geniş ictimaiyyətlə bölüşə bilər. Ölkə qanunvericiliyinə görə, hər bir vətəndaşın kimisə, nəyisə tənqid etmək hüququ var. Qanunvericiliyə əsasən, tənqidə görə təqib də qadağandır.

Ancaq hər kəs bilməlidir ki, təhqir və böhtan tənqid sayıla bilməz. Bu üzdən də Ə.Kərmli və dəstəsinin COP29-a sayılı günlər qaldığı vaxtda internet resurslarında ölkəmiz barədə yalan, böhtan dolu çıxışları heç vəchlə tənqid kimi qəbul edilə bilməz  və olunmur da. “The New York Times” da “The Guardian” “The Vaşinqton Post” kimi xarici nəşrlərin məqalələrinə, “Human Rigst Watch” kimi beynəlxalq qeyri-hökumət təşkilatının qərəzli hesabatlarına və AXCP sədrinin sosial şəbəkə seqmentlərindəki çıxışlarına diqqət edərkən bir daha belə qənaətə gəlmək olur ki, bunların hamısı eyni mərkəzdən idarə olunur. Bütün bunlar ağı qaradan seçməyi yaxşı bilən cəmiyyətimizə bəllidir. Ona görə də COP29 ərəfəsində ölkəmizlə bağlı yalan, iftira və böhtanları kimsə insanlara tənqid kimi sırıya bilməz.

Təbii ki, böhtan, əsassız ittihamlar, uydurma yalanlar olan yerdə nə sağlam  məntiqdən söhbət gedə bilər, nə tutarlı arqumentlərdən, nə də haqq-ədalətdən. Anti-Azərbaycan dairələrin tezisləri ilə “silahlanan” ermənipərəst  mərkəzlərin, məlum qüvvələrin çirkli maliyyəsi ilə bəslənən antimlli ünsürlərin son zamanlardakı fəaliyyəti bunun bariz göstəricisidir. Həm də gerçəklik ondan ibarətdir ki, bədxahlarımız Azərbaycana qarşı apardıqları  qarayaxma kampaniyasının, necə deyərlər, təsir gücünü artırmaq üçün ölkəmizdəki antimilli üsürlərin onlara ötürdükləri donoslardan böyük zövqlə və məharətlə istifadə edirlər. AXCP sədrinin müavini Seymur Həzinin sosial şəbəkə seqmentlərindəki etirafçı ifadələrlə dolu yazısı dediklərimizin əyani sübutudur. S.Həzi yazır: “Ekonomist” nəşrinin AXCP sədri Əli Kərimlinin məqaləsi ilə başlayan proses beynəlxalq medianın demək olar ki, əsas trendinə çevrildi. “Guardian”, “Vaşinqton Post”, “Nyu-York Tayms” kimi nəşrlər ard-arda Azərbaycan hökumətinin insan haqlarına münasibətindən yazmağa başladılar. Bu yazıların əhəmiyyəti nədir? Bu yazını yazmazdan bir az əvvəl, yəni 24-cü ilin 11-ci ayının 3-cü gününün axşamında ciddi bir ziyalımız soruşdu ki, bu cür yazılar və media kampaniyaları niyə var? Onlar nə istəyirlər Əliyevdən və o “nə”yi niyə istəyirlər?..”

AXCP sədri Əli Kərimli isə belə yazır: “ Daha bir media nəhəngi olan “The New York Times” da COP 29-a ev sahibliyi edəcək Azərbaycanda siyasi məhbuslardan, avtoritar idarəetmədən yazdı. Beynəlxalq insan haqları təşkilatları həbsləri siyasi motivli hesab edir və ittihamları əsassız adlandırır. Keçən ay həbslərlə bağlı bir hesabatda “Human Rights Watch” Bakıda keçiriləcək iqlim toplantısında iştirak edən ölkələri “vətəndaş cəmiyyəti üçün pisləşən mühiti” açıq şəkildə qınamağa çağırıb...”

Bütün bunlar bir daha deməyə əsas verir ki, başda AXCP sədri Ə.Kərimli olmaqla xəyanətkar antimilli zombi dəstəsi COP29 ərəfəsində  ermənipərəst dairələrdən aldıqları “səngərlərdə mövqeləri daha da möhkəmləndirin” tapşırığını böyük canfəşanlıqla yerinə yetirir. Ancaq bütün bunlar heç bir nəticə verməyəcək. Şübhəsiz, mənəvi-psixoloji burulğanlar girdabında çırpınan antimilli ünsürlərin, milli dönüklərin və qaragüruhçu tör-töküntülərin bir neçə gündən sonra ölkəmizdə baş tutacaq iqlim dəyişmələri ilə bağlı beynəlxalq əhəmiyyətli mötəbər tədbir ərəfəsində Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətləri və bütün uğursuz cəhdləri fiaskoya uğrayacaq. 

Zahid Rza, “İki sahil”