Qusar rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Qusar-Xudat avtomobil yolunun Çingiz Qurbanov küçəsindən keçən hissəsində “Chevrolet Cruze” markalı minik avtomobili ilə “VAZ-2107” markalı avtomobilin toqquşması sonuncu nəqliyyat vasitəsinin sürücüsünün ölməsi ilə nəticələnib.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə zamanı Qusar rayon sakinləri – 2001-ci il təvəllüdlü Savziyev Fərrux Kamran oğlu, 1989-cu il təvəllüdlü Şəkərxanov Orxan Əjdər oğlu və 1999-cu il təvəllüdlü Hasəliyev Amik Nazim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Hadisə ilə bağlı araşdırma başlanıb.
“Report”
Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejimi ləğv edilir