Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Ərəzin-Əbrəqunus yolunda qeydə alınıb.
"VAZ 2107" markalı minik avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü Mərhəmət Nəsirli xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejimi ləğv edilir