Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Fərid Mustafayevə “saxla” işarəsi verilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, araşdırma zamanı onun narkotik vasitə olan marixuanının təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
F.Mustafayev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən 15 sutka inzibati qaydada həbs edilib.
Emin Əmrullayev: Şagird sayı az olan kənd məktəblərinin bağlanması məsələsinə baxırıq
Kimya İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda elmi məruzə ilə çıxış edib
Təhsil Tələbə Krediti Fondu ilə Liv Bona Dea Hospital arasında Anlaşma Memorandumu imzalanıb